Hindistanda avtobus kanala düşdü - 30 ölü

hindistanda-avtobus-kanala-dusdu
Oxunma sayı: 1396

Hindistanın cənubunda sərnişin avtobusu kanala düşüb.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, nəticədə 30 nəfər həlak olub. 4 sərnişinin həyatını xilas etmək mümkün olub. Hadisəyə sürücünün idarəetməni itirməsi səbəb olub.

Avtobus kanala düşdükdən sonra suyun dibinə enib və qapısı bağlandığından sərnişinlər içərisindən çıxa bilməyib.