Hindistanda bina çöküb, ölənlər var

hindistanda-bina-cokub-olenler-var
Oxunma sayı: 647

Hindistanın cənubunda 3 mərtəbəli yaşayış binası çöküb.

“Qafqazinfo” xəbər verir ki, hadisə Karnatak ştatının Banqalor şəhərində baş verib. Ştatın Daxili işlər naziri Ramallinqa Reddi bildirib ki, uçqun nəticəsindəazı 6 nəfər ölüb. Yerli KİV-lər faciəyə qaz balonunun səbəb olduğunu yazsalar da, nazir bu ehtimalın az olduğunu deyib. Onun sözlərinə görə, 1-ci mərtəbədə olan qaz balonu boş olub.

Aysel Kərimova