Hindistanda daha bir avtobus qəzası, 11 ölü, 20 yaralı

hindistanda-daha-bir-avtobus-qezasi-11-olu-20-yarali
Oxunma sayı: 728

Hindistanda daha bir avtobus qəzası çoxsaylı insan tələfatı ilə nəticələnib.

“Qafqazinfo” xəbər verir ki, təxminən 30 sərnişini daşıyan avtobus magistral yolda yük maşını ilə toqquşub. Qəzada 11 nəfər ölüb, 20 nəfər isə yaralanıb. 

Qeyd edək ki, normadan artıq yüklənmə, yolların pis vəziyyətdə olması və ehtiyatsız idarəetməyə görə Hindistanda tez-tez ağır yol qəzaları baş verir. 

Rəsmi statistikaya görə, hər gün ölkədə yol qəzalarında 400 nəfər dünyasını dəyişir.