Hindistanda fabrikdə partlayış, 10 nəfər öldü

hindistanda-fabrikde-partlayis-10-nefer-oldu
Oxunma sayı: 652

Hindistanın Uttar-Pradeş ştatında toxuculuq fabrikində partlayış baş verib. Nəticədə azı 10 nəfər ölüb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hadisə şahidlərinin sözlərinə görə, partlayış o qədər güclü olub ki, nəinki fabriki, yaxınlıqda yerləşən bir neçə binanı da uçurub. 

Qəzanın dəqiq səbəbi açıqlanmır, lakin polis müəyyən edib ki, sənaye obyektinin ərazisində fişəng istehsal edən qanunsuz emalatxana fəaliyyət göstərib. 

“Partlayış zamanı fabrikdə az insan olduğu üçün dağıntılar altında kiminsə qalması ehtimalı azdır” deyə ştat polisinin nümayəndəsi bildirib.