Hindistanda fəlakətdə ölənlərin sayı 868-ə çatdı

hindistanda-felaketde-olenlerin-sayi-868-e-catdi
Oxunma sayı: 1249

Hindistanda musson yağışları səbəbindən ölənlərin sayı 868 nəfərə çatıb.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Milli Fövqəladə Vəziyyət Mərkəzi məlumat yayıb.

Məlumata görə, güclü yağış səbəbindən yaranan sel fəlakətində Keralada 247, Uttar Pradeşdə 191, Qərbi Benqalda 183, Maharaştrada 139, Qucaratda 52, Assamda 45 və Naqalandda 11 nəfər dünyasını dəyişib.

33 nəfər itkin düşüb, 274 insan isə yaralıdır.