Hindistanda fırtına dağıntılara səbəb oldu - 20 yaralı var

hindistanda-firtina-dagintilara-sebeb-oldu
Oxunma sayı: 644

Hindistanın Uttar Pradeş ştatının Qreyter Noyda bölgəsində şiddətli fırtına evləri uçurub.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində 24 ev uçub, 20 nəfər isə yaralanıb.

Yaralılardan 4 nəfərin vəziyyətinin ağır olduğu bildirilir.

Hazırda axtarış-xilasetmə tədbirləri davam etdirilir.