Hindistan Hərbi-Hava Qüvvələrinə məxsus Jaguar qırıcı-bombardmançı təyyarəsi qəzaya düşüb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, təyyarə ölkənin qərbində Qucarat ştatında qəzaya uğrayıb.
Təyyarənin avibazadan havalandığı və təlim uçuşu həyata keçirdiyi bildirilir. Qəzada pilot ölüb.