Hindistanda hoteldə yanğın - 9 nəfər öldü + Video

Hindistanda hoteldə yanğın
Oxunma sayı: 442

Hindistanın Yeni Dehli şəhərində “Arpit Palace” hotelində yanğın baş verib.

“Qafqazinfo” “Gazeta.ru”ya istinadən xəbər verir ki, hadisə nəticəsində 9 nəfər ölüb. Bəzi müştərilər təşvişə düşərək özlərini aşağı atıblar.

Əraziyə çoxlu sayda yanğınsöndürən və təcili yardım briqadası cəlb edilib.

Hoteldə köməksiz qalanların xilas edilməsi istiqamətində tədbirlər görülür.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi