Hindistanda inək kəsdiyi deyilən bir nəfər öldürüldü

hindistanda-inek-kesdiyi-deyilen-bir-nefer-olduruldu
Oxunma sayı: 1733

Hindistanın Madhya Pradeş əyalətinin Satna bölgəsində inək kəsdikləri iddia edilən 2 nəfər hücuma məruz qalıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, onlardan 45 yaşlı Riyaz adlı dərzi ölüb.

38 yaşlı taksi sürücüsü Şakel isə ağır yaralanıb. Onların müsəlman olduğu bildirilir.

Şakel polisə ifadəsində inək kəsmədiklərini söyləyib.

Polisin keçirdiyi əməliyyat nəticəsində 4 nəfər saxlanılıb.

Qeyd edək ki, Hindistanın bir çox əyalətində inək kəsmək və ət yemək qadağandır. Bunu edənlərə həbs və pul cəzası nəzərdə tutulub.