Hindistanda leysana görə 45 nəfər itkin düşüb, 35-i tələbədir

hindistanda-leysana-gore-45-nefer-itkin-dusub-35-i-telebedir
Oxunma sayı: 728

Hindistanda güclü yağışlar nəticəsində xeyli insan itkin düşüb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Himaçal-Paradeş ştatının Laxul və Spiti bölgələrində 45 nəfərdən heç bir xəbər yoxdur. Bildirilir ki, itkin düşənlərin 35-i Texnologiya Universitetinin tələbələridir. 

Daha əvvəl Hindistan mediası güclü yağışlardan sonra yaranan sürüşmədə 11 nəfərin öldüyünü yazmışdı. Ölkənin bir çox ştatında fövqəladə vəziyyət elan olunub.

Aysel Kərimova