Hindistanda musson yağışlarından 774 nəfər ölüb

hindistanda-musson-yagislarindan-774-nefer-olub
Oxunma sayı: 1115

Hindistanın yeddi ştatında musson yağışları  başlayandan bəri 774 nəfər ölüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb. 

Təbii fəlakət nəticəsində yaralı sayı 250-dir. Daha 30 nəfər itkin hesab edilir. 

Hazırda Hindistan ordusu, Hərbi Dəniz Qüvvələri, Hərbi Hava Qüvvələri, sahil mühafizəsi vətəndaşları xilas etmək üçün birgə əməliyyat keçirir.