Hindistanda “Okxi” səbəbindən 250-dən çox insan itkin düşüb

Hindistanda “Okxi” səbəbindən 250-dən çox insan itkin düşüb
Oxunma sayı: 390

Hindistanda güclü tropik siklon nəticəsində 250-dən çox insan itkin düşüb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, dekabrın ilk həftəsindən ölkənin cənubunu cənginə alan “Okxi” siklonu yüzlərlə balıqçının itkin düşməsi ilə nəticələnib. 

Lakin itkin düşənlərlə bağlı dəqiq sayı burulğan başa çatdıqdan sonra müəyən etmək mümkün olacaq. 

Təkcə Tamilnad ştatına dəyən zərər 27 milyon dollar dəyərində qiymətləndirilir. Bundan başqa, 4,5 min ev dağılıb, 10 min insana ciddi zərər dəyib. “Okxi” siklonu ümumilikdə 88 nəfərin həyatına son qoyub. 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi