Hindistanda polislərə silahlı hücum, ölənlər var

hindistanda-polislere-silahli-hucum-olenler-var
Oxunma sayı: 691

Hindistanda silahlı qruplaşma polislərə hücum edib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, olay Camu və Kəşmir ştatının şimalında yaşanıb. Hüquq-mühafizə orqanlarının yaydığı məlumata görə, yaraqlılar pusqu quraraq patrullara avtomatlardan atəş açıblar. Nəticədə biri zabit olmaqla, 4 nəfər ölüb. Bildirilir ki, hadisədən sonra silahlı şəxslər öldürülən polislərin xidməti silahlarını götürərək naməlum istiqamətə gediblər.

Bölgədə aktiv olan ekstremist qruplaşmanın hələlik heç biri hadisəyə görə məsuliyyəti üzərinə götürməyib.

Aysel Kərimova