Hindistanın Maharaştra ştatında mərkəzi silah anbarında güclü partlayış baş verib.
“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, hadisə nəticəsində 6 nəfər ölüb, 18 nəfər yaralanıb.
Məlumata görə, partlayışa istifadə müddəti bitmiş sursatların anbara yaxın ərazidə məhv edilməsi zamanı ehtiyatsızlıq səbəb olub.
Fakttla bağlı tədqiqat aparılır.
Qeyd edək ki, 2016-cı ildə eyni anbarda baş verən partlayış nəticəsində 16 nəfər həlak olmuşdu.