Hindistanda torpaq sürüşməsində 26 nəfər ölüb

hindistanda-torpaq-surusmesinde-26-nefer-olub
Oxunma sayı: 1177

Hindistanın Keral ştatında torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 26-ya çatıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, faciə güclü leysan yağışları səbəbindən baş verib. 

Havaların kəskin pisləşməsi səbəbindən Koçin şəhər aeroportu təyyarələri qəbul etməkdən imtina edib. Sinoptiklərin məlumatına görə, Keral ştatında leysan yağışları yaxın günlərdə də davam edəcək. 

Ştatın baş naziri dəyən zərərin dəyərləndirilməsi üçün bu gün fövqəladə toplantı keçirəcək. 

Artıq ordu da xilasetmə əməliyyatlarına cəlb ediləcək.