Hindistanda üç gündə 100-ə yaxın insan alkoqoldan ölüb

Hindistanda üç gündə 100-ə yaxın insan alkoqoldan ölüb
Oxunma sayı: 616

Hindistanın Uttar-Pradeş və Uttarkxand ştatlarından son üç gündə 97 nəfər saxta spirtli içkidən zəhərlənərək ölüb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, yerli hakimiyyətin yaydığı məlumata görə, fevralın 7-də bir neçə kəndin sakini Ballupur kəndində toplaşaraq spirtli içki qəbul edib. Növbəti gün sakinlərin səhhətlərində pisləşmə qeydə alınıb. 

İlk ölüm halından sonra araşdırma başlayıb. Əməliyyat nəticəsində yerli polis qeyri-leqal yolla istehsal olunan 10 min litrdən çox alkoqollu içki aşkar edib. İki yüzdən çox insan saxlanılıb, bəzi vəzifəli şəxslər isə işdən azad ediliblər. 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi