Hindistanda yanğın - 14 ölü, 10 yaralı

hindistanda-yangin
Oxunma sayı: 751

Hindistanın Mubay şəhərində binalardan birində güclü yanğın baş verib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə yerli NDTV kanalı məlumat yayıb.

Məlumata əsasən, yanğın ofis və restoranların yerləşdiyi “Kamala Mills” kompleksində, “London Taxi” pabında  başlayıb. Yanğın nəticəsində azı 14 nəfər ölüb, 10 nəfər xəsarət alıb.

İlkin məlumata görə, yanğına elektrik  şəbəkəsində baş verən qısaqapanma səbəb olub.