Hindistanda yasa gedən bir ailənin 15 üzvü qəzada ölüb - Video

hindistanda-yasa-geden-bir-ailenin-15-uzvu-qezada-olub
Oxunma sayı: 1253

Hindistanda insan ölümü ilə nəticələnən daha bir yol qəzası baş verib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, minik avtomobilinin yük maşını ilə toqquşması nəticəsində avtomobildə olan 20 sərnişindən 15-i ölüb. Ölənlərin hamısı bir ailənin üzvləri olublar. 

Ailənin daha beş üzvü isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. 

Bildirilir ki, ailə qonşu ştata qohumlarının dəfnində iştirak etmək üçün yollanıblar.