Hindistanda yük maşını aşıb, 19 nəfər ölüb

hindistanda-yuk-masini-asib-19-nefer-olub
Oxunma sayı: 638

Hindistanda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Qucarat ştatının Bxavnaqar şəhərində içində sement kisələri və adamlar olan yük maşını aşıb. Nəticədə 19 nəfər ölüb, 7 nəfər isə xəsarət alıb. Yaralıların vəziyyəti barədə dəqiq məlumat yoxdur.

Aysel Kərimova