Hindistanda yük maşını toyu yasa çevirdi - 13 ölü, 19 yaralı

hindistanda-yuk-masini-toyu-yasa-cevirdi
Oxunma sayı: 653

Hindistanda yük maşını toy mərasiminin iştirakçılarına çırpılıb.

“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, hadisə nəticəsində azı 13 nəfər ölüb, 19 nəfər isə yaralanıb.

Mәlumata görә, Pratapqarx dairəsinin Ambavali kəndində keçirilən toy mərasimi yolun kənarında təşkil olunubmuş.

Polis hadisə ilə bağlı araşdırma aparır.