Hindistandan “Google”a 21 milyon avroluq cəza

hindistandan-googlea-21-milyon-avroluq-ceza
Oxunma sayı: 1180

Hindistan Rəqabət Qurumu (CCI) “Google” şirkətini 1,36 milyard rupi (21 milyon avro) miqdarında cərimələyib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, qurum məşhur şirkəti öz mənfəətləri və şəriklərinin lehinə axtarış üstülüyü verməkdə ittiham edib.

“Google”a haqsızlıqdan əl çəkmək xəbərdarlığı edilib.

Qeyd edək ki, bu barədə şikayət 2012-ci ildə “Matrimony.com” adlı sayt və istehlakçıların hüquqlarını müdafiə edən CUTS adlı qurum tərəfindən verilmişdi. Şikayətin nəticəsi bu günlərdə yekunlaşıb.