Hindistanın Müstəqillik Günündə 200 quş öldü

hindistanin-musteqillik-gununde-200-qus-oldu
Oxunma sayı: 1806

Hindistanın Müstəqillik Günündə 200 quş ölüb. “Qafqazinfo”nun “Hindistan Times” qəzetinə istinadən məlumatına görə, buna səbəb havaya buraxılan parçadan hazırlanmış ilanlar olub.

Qeyd edilir ki, 13-15 avqust tarixlərində veterinar klinikalara 700-dən çox yaralı quş gətirilib. Onlardan 200-ü həyatını itirib. Canlılar havaya buraxılan şüşə və metalla bəzədilmiş ilanlara dəyərək xəsarət alıblar. Onlar arasında göyərçin və qartallar üstünlük təşkil edib.

Hindistan hakimiyyəti bu növ hava ilanlarının istifadəsini hələ 2017-ci ildə qadağan etsə də, situasiya dəyişməz olaraq qalır. Bu cür hallar hər il baş verir.