Hindistanlı turistlərin Azərbaycana axını başlayıb

hindistanli-turistlerin-azerbaycana-axini-baslayib
Oxunma sayı: 1364

2018-ci ildə Azərbaycana səfər edən hindistanlı turistlərin sayında 175% artım olub. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid Hindistanın nüfuzlu “Times of India” informasiya agentliyinə müsahibəsində deyib. O qeyd edib ki, son illərdə hindistanlı turistlərin Azərbaycana marağının artması nəticəsində ötən il 40 min turist gəlib.

Baş icraçı direktor bildirib ki, mühüm amillərdən biri də Azərbaycana səfər etməyin asan olmasıdır. Belə ki, hindistanlı turistlər cəmi 3 saat ərzində onlayn olaraq viza əldə edə bilmə imkanına malikdirlər.