Hindular belə deyib

hindular-bele-deyib
Oxunma sayı: 1269

Qızıldərili deyimlərində bu xalqın fəlsəfi baxışları, dünyagörüşü aydın şəkildə görünür. Həmin nümunələrdən bir neçəsini oxuculara təqdim edirik.

Ağlamaqdan qorxma! Zehindəki iztirab verən düşüncələr gözyaşı ilə təmizlənər.

Arxamca gəlmə, mən öncül olmaya bilərəm. Önümdə getmə, ardınca gəlməyə bilərəm. Yanımda get ki, beləcə səni görə bilim, ikimiz də bərabər olaq.

Eşqi tanıyanda Yaradanı da tanıyırsan.

Ovlayacaqsan ən zəif maralı ovla, çünki sağlam olanlar yeni nəslin davamını təmin edəcək.

Sülh və xoşbəxtlik hər anda mövcuddur. Sülh və xoşbəxtlik hər addımdadır. Ruhun problemləri üçün siyasi həllər yoxdur.

Bir başqasının qəbahəti haqqında danışmadan əvvəl daim öz çarığının içinə bax.

Bir düşmən çox, yüz dost azdır.

Bir dəfə "Al bunu" demək, iki dəfə "Mən verəcəyəm" deməkdən yaxşıdır.

Doğmağı bacaran hər şey dişidir. Qadınların əzəldən bəri bildiyi kainatın tarazlıqlarını kişilər də anlamağa başladıqları zaman, dünya yaxşılığa doğru dəyişməyə başlayacaq.

Dur, dinlə. Həmişə danışarsan, heç bir şey duya bilməzsən.

Dünyadakı hər şeyin bir səbəbi vardır. Hər bitki bir xəstəliyi müalicə etmək üçün böyüyür. Və hər insan bir vəzifə üçün yaradılmışdır.