Hirkandakı yanğın 4 gün sonra söndürüldü

Hirkandakı yanğın 4 gün sonra söndürüldü
Oxunma sayı: 863

Hirkan Milli Parkının ərazisində dağlıq zonada avqustun 20-də başlayan yanğın bu gün söndürülüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.  

Qeyd olunub ki, Lənkəran rayonunun Təngivan kəndi yaxınlığındakı yanğın nazirliyin müvafiq qüvvələri tərəfindən tam nəzarətə götürülüb. 

Xatırladaq ki, yanğının söndürülməsi üçün əraziyə FHN-in Aviasiya dəstəsinin “BE 200 ÇS” amfibiya təyyarəsi, helikopterləri və canlı qüvvəsi cəlb olunmuşdu.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi