Hitlerin ad gününə konsert təşkil etmək istəyənlər saxlanıldı

hitlerin-ad-gunune-konsert-teskil-etmek-isteyenler-saxlanildi
Oxunma sayı: 1008

Polşa Təhlükəsizlik Xidmətinin əməkdaşları Hitlerin doğum gününə konsert təşkil etmək istəyənləri saxlayıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Polşa prokurorluğunun əməkdaşı məlumat yayıb.

Onun sözlərinə görə, Daxili Təhlükəsizlik Agentliyinin keçirdiyi əməliyyat nəticəsində neofaşist qrupunun konsertini təşkil etmək istəyən 2 nəfər saxlanılıb. O, konsertin baş tutmadığını da bildirib.

Əməliyyatda ümumilikdə 300-ə yaxın təhlükəsizlik xidməti əməkdaşı iştirak edib.