Hitlerin doğulduğu evə qiymət qoya bilmirlər - İş məhkəmədədir

hitlerin-doguldugu-eve-qiymet-qoya-bilmirler
Oxunma sayı: 638

Adolf Hitlerin Avstriyada doğulduğu evin keçmiş sahibi Qerlinde Anqloher hökumətin nasizm izlərini itirmək üçün evi ictimai binaya çevirmək istəməsini qanuni hesab etmir.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, 3 mərtəbəli ev üçün iş məhkəməyə gedib.

Anqloherin vəkili hökumətin ev üçün təklif etdii məbləği ədalətli hesab etmir:

“Adi bir ev üçün verilən pulu təklif etdilər. Əlbəttə ki, qəbul etmədik”.

Mübahisə məsələ məhkəmə yolu ilə həll ediləcək.