Hökmün icrası iki il təxirə salındı - Uşağına görə

hokmun-icrasi-iki-il-texire-salindi
Oxunma sayı: 1470

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət verməkdə təqsirləndirilən S. Əjdərzadəyə hökm oxunub. 

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Azad Məcidovun icraatında olan prosesdə məhkəmə kollegiyasının hökmü ilə S.Əjdərzadə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. 

Lakin onun himayəsində 12 yaşlı uşağı olduğu üçün hökmün icrası uşağın 14 yaşına çatana qədər təxirə salınıb. 

Xatırladaq ki, S.Əjdərzadə Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 149 saylı tam orta məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışıb. Müəllim yoldaşlarından onların yaxın adamlarını işə düzəltmək üçün pul alıb. Lakin məhkəmədə o, pulu borc məqsədi ilə aldığını deyib. 

S. Əjdərzadə bundan əvvəl də dələduzluqda təqsirli bilinib və Binəqədi Rayon Məhkəməsi ona şərti cəza verib.

Murad Əhməd