“Hökumət bizi soyundurur” - Video

hokumet-bizi-soyundurur-video
Oxunma sayı: 671

Rolikdə Linn hərbi xidmətini bitirdikdən sonra universitetdə oxuduğu haqda danışır. Daha sonra Linn İsrailin digər vətəndaşları kimi onun da ödəməli olduğu vergiləri sadalayır. İsrailli gənc qız ƏDV, gəlir vergisi, bələdiyyə, məcburi sığorta haqqı, pensiya haqqı və s. vergiləri ödədiklərini sıralayır. Reklamın qeyri-adiliyi isə Linnin paltarları ilə bağlıdır. Qız növbəti vergi adı çəkdikcə soyunur.

Sonda gənc qız alt paltarında qalır. Nahəyət alt paltarını çıxaranda ekranda “Hökümət bizi soyundurur” adlı yazı çıxır. Bundan sonra isə Linnin çılpaq əndamını “Kalkala” partiyasının təsisçiləri- Dani və Beni Qolsştayn örtürlər. Onlar seçiciyə söz verirlər ki, hökumət daha onu soyundurmayacaq.

Bu çarx ölkədə səs-küyə səbəb olub.