Hökumət dairələri köçürülür

hokumet-daireleri-kocurulur
Oxunma sayı: 645

tinadən əldə etdiyi məlumata görə, bu həftənin çərşənbə günündən başlayaraq Merilend, Nyu-Cersi, Pensilvaniya və Nyu-York ştatlarının bir neçə şəhərində əhalinin köçürülməsinə başlanılmışdı. Dünən Pensilvaniyanın və Nyu-Yorkun hökumət dairələrini də başqa yerə köçürmək qərarı verilib. Bir çox şəhərlərdə yağış və güclü külək ağacları kökündən aşırıb, elektrik xətlərinə ziyan vurub. Pensilvaniyanın Payn-Qruv rayonunun ətraf aləmlə əlaqəsi kəsilib. Onlarla insanın su basmış avtomobil yollarında hərəkət edə bilməməsi xəbər verilir. Federal yolların bəzilərində hərəkət tamamilə dayandırılıb.
Meteoroloqların verdiyi məlumata görə, yağışlar hələ davam edəcək. Bu da regionda vəziyyətin daha da pisləşməsinə səbəb olacaq.
“Li” tropik qasırğasından ABŞ-ın cənub-şərqində onlarla şəhər fəlakətli vəziyyət yaşayır. Meksika körfəzinin sahilindəki bir neçə rayonda daşqınlar zamanı suyun səviyyəsi iki metrə çatıb. Qasırğanın baş verdiyi ərazilərdə ağır dağıntılar hələ ki, müşahidə olunmayıb.