“Qafqazinfo”nun xarici KİV-ə istinadən verdiyi məlumata görə, baş nazir Raja Pervez Əşrəf bir sıra korrupsiya cinayətlərinin törədilməsində ittiham olunur. Sabah onun məhkəməsi olacaq.
Baş nazirlə birlikdə Ali Məhkəmə nazirlər də olmaqla daha 15 nəfərin həbsinə qərar verib.
Qeyd edək ki, Pakistanda dünən başlayan “Böyük Yürüş” etiraz aksiyaları paytaxt İslamabadı da bürüyüb. Uzun illərdir ki, Kanadada yaşayan və ötən ay Pakistana qayıdan “Quran Yolu Hərəkatı”nın lideri Tahir-ul Qədri aksiyaya başçılıq edir.
Xatırladaq ki, Pakistan Ali Məhkəməsi bir müddət öncə keçmiş baş nazir Yusif Rza Gilanini də vəzifəsindən uzaqlaşdırıb.