Hökumət istefaya getdi

hokumet-istefaya-getdi
Oxunma sayı: 642

“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin baş naziri Emil Bok elan verərək bildirib ki, hökumətin belə bir addım atmasına səbəb ölkədə iqtisadi stabilliyi təmin etməkdir. Bokun bəyan edib ki, bu “çətin qərarı” istefaya getmək istədiyi üçün deyil, Ruminiyanın gələcəyi naminə etmək məcburiyyətində qalıb. O öz həmkarlarını siyasi yetkinlik göstərməyə və mümkün qədər tez yeni hökumətin tərkibini müəyyən etməyə çağırıb.

Rumıniyanın yeni baş nazir vəzifəsinə namizədi prezident Trayan Besesku təklif etməlidir. Daha sonra namizədlik parlamentdə səsverməyə çıxarılacaq.

Xatırladaq ki, yanvarda Rumıniyada prezident və baş nazirə qarşı kütləvi aksiyalar başlamışdı. Minlərlə nümayişçi hakimiyyətin ölkəni böhrandan xilas etmək üçün gördüyü sərt iqtisadi tədbirlərə qarşı çıxmışdı.

Səidə