Hökumət komissiya yaratdı

hokumet-komissiya-yaratdi
Oxunma sayı: 642

“Qafqazinfo”nun “İnterfaks”a istinadən xəbərinə görə, komissiyanın tərkibinə mərkəzi və yerli hakimiyyətin nümayəndələri, habelə milli şirkətlərin təmsilçiləri daxildir.

Sənəddə qeyd olunur ki, komissiya dəymiş zərərin həcmini hesablayacaq və Janaozendə sabitliyin bərpası üçün təcili tədbirlər görəcək. Görülmüş işlərin nəticələri ilə bağlı komissiyanın sədri, baş nazirirn birinci müavini Umirzak Şukeyev məlumat verəcək.

Xatırladaq ki, Janaozendə yaranmış vəziyyətlə bağlı şəhərdə fövqəladə vəziyyət elan olunub. Qazaxıstanın daxili işlər naziri İlya Samarov məlumat verib ki, fövqəladə vəziyyət 20 gün davam edəcək.