Hökumət saxlanılanların 800 milyardını müsadirə edəcək

Hökumət saxlanılanların 800 milyardını müsadirə edəcək
Oxunma sayı: 2867

Səudiyyə Ərəbistanı hakimiyyəti korrupsiya ilə mübarizə kampaniyası çərçivəsində saxlanılanların 800 mlrd. dollaradək vəsait və aktivləri müsadirə etmək niyyətindədir.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.

Məlumata əsasən, ümumilikdə 60 nəfər saxlanılıb. Onların arasında şahzadələr, məmurlar və digər nüfuzlu şəxslər var. Artıq onların bəzilərinin bank hesabları dondurulub.

Qəzetin mənbəsi bildirib ki, müsadirə olunacaq aktivlər dövlətin mülkiyyətinə keçəcək. Ümumi məbləğin 800 mlrd. dollaradək çatdığı bildirilir. Sözügedən vəsaitin xeyli hissəsi ölkədən kənarda saxlanılır və bu onların qaytarılmasını çətinləşdirə bilər.

Xatırladaq ki, Səudiyyə Ərəbistanında vəliəhd şahzadəsinin rəhbərlik etdiyi Korrupsiya ilə Mübarizə Komitəsi hakim ailənin nümayəndəsi olan şahzadələr və hökumət üzvlərinin həbs edilməsinə dair qərar qəbul edib.  


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi