Hökumət sürüşmə ilə bağlı qərar verdi

hokumet-surusme-ile-bagli-qerar-verdi
Oxunma sayı: 2355

Bayıl yamacında sürüşmə ilə bağlı Nazirlər Kabineti müvafiq sərəncam  hazırlayıb. 

“Qafqazinfo” nun əldə etdiyi məlumata görə, sərəncama əsasən Bayıl yamacında sürüşmə təhlükəsi ilə bağlı ərazidən köçürülən 98 ailənin 11 ay ərzində müvəqqəti yerləşdiyi mənzillər üçün kirayə haqlarının ödənilməsi məqsədilə 2018- ci ilin dövlət büdcəsinin Ehtiyat Fondundan Səbail rayon İcra Hakimiyyətinə müvafiq vəsait ayrılıb. 

Bu vəsaitin bank vasitəsilə həmin ailələrə ödənilməsinin təmin edilməsi rayon icra hakimiyyətinə tapşırılıb.  Eyni zamanda 10 fevral 2018- ci il tarixdə sürüşmə ərazisində dağılmış 4 fərdi yaşayış evinin sahiblərinə kompensasiya ödənilməsi üçün tələb olunan vəsaitin məbləğinin 10 gün ərzində Fövqəladə Hallar Nazirliyi  və rayon icra hakimiyyəti tərəfindən hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunması tapşırılıb.  

Qeyd edək ki, icra hakimiyyəti tərəfindən sürüşmə ərazisindəki 98 evin sənədləri, onların ölçüləri araşdırılaraq müvafiq siyahı artıq hazırlanıb. 

Günel Türksoy