Hökumət təhsil xərclərini artırır

hokumet-tehsil-xerclerini-artirir
Oxunma sayı: 661

Azərbaycanın Maliyyə Nazirliyindən çərşənbə günü Trend-ə verilən məlumata görə, bu barədə 2012-ci il dövlət büdcəsi layihəsində qeyd olunub.

Təhsil xərclərinə ayrılan vəsaitin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 9,3 faiz olacaq ki, bu da 2011-ci illə müqayisədə 0,5 faiz çoxdur.

"2008-2012-ci İllərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı"na əsasənş təhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı üçün 16,5 milyon manat ayrılması planlaşdırılır. Ali təhsil sistemində yeni maliyyələşmə mexanizminin tətbiqi ilə əlaqədar 89,6 milyon manat (2011-ci illə müqayisədə 44,7 milyon manat və ya 99,3 faiz çox) vəsait ayrılması nəzərdə tutulub.

Məktəbəqədər təhsilin maliyyələşdirilməsi üçün isə 8,5 milyon manat ayrılacağı gözlənilir. Ölkənin ümumtəhsil məktəblərində oxuyan şagirdlərin pulsuz dərsliklərlə təmin olunması xərcləri üçün 8,1 milyon manat, maddi-texniki təminatının möhkəmləndirilməsi üçtin 4,5 milyon manat, təhsil müəssisələrinin yenidənqurulması və əsaslı təmiri üçün (yalnız dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində) 3,0 milyon manat, ümumtəhsil məktəblərinə tədris laboratoriya (fizika, kimya, biologiya) avadanlıqlarının alınması xərcləri üçün 2,5 milyon manat ayrılması planlaşdırılır.

2008-2013-cü illər üçün məktəb kitabxanalarının maddi-texniki bazasının möhkəmləndirilməsi və müasir informasiya texnologiyaları ilə təchizatına dair tədbirlərə 2,2 milyon manat, "2010-2013-cü illərdə Azərbaycan Respublikasının orta ixtisas təhsili sistemində islahatlar üzrə Tədbirlər Proqramı"nın maliyyə təminatı ilə bağlı xərclər üçün 1,9 milyon manat ayrılması, "Texniki peşə təhsilinin inkişafı Proqramı (2007-2012-ci illər)"nın maliyyə təminatı üçün 1,7 milyon manat ayrılması nəzərdə tutulub.

"2009-2014-cü illərdə Azərbaycanda şahmatın inkişaf etdirilməsi Dövlət Proqramı"nın maliyyə təminatı ilə bağlı xərclər üçün 1,6 milyon manat ayrılacağı gözlənilir.

"Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-cİ illər)"nın icrası üçün 1,4 milyon manat, ən yaxşı ümumtəhsil məktəbi və ən yaxşı müəllim mükafatı üçün 1,0 milyon manat, "SOS Uşaq Kəndləri-Azərbaycan" Assosiasiyası üzrə tədbirlərin maliyyələşdirilməsinə 0,8 milyon manat və gənc istedadlar tiçün xtisusi təqaüdlərin ödənilməsi ilə bağlı xərclərə 0,3 milyon manat pul vəsaiti ayrılması nəzərdə tutulub.

Bundan əlavə, digər proqramların və tədbirlərin maliyyələşdirilməsinə vəsait ayrılması da nəzərdə tutulub.