Hökumətdən “mavi”lər haqqında açıqlama

hokumetden-maviler-haqqinda-aciqlama
Oxunma sayı: 1018

“Qafqazinfo” anspress-ə istinadən xəbər verir ki, ana-ataları uşaqlarının homoseksual ola biləcəkləri barədə ayıq-sayıq olmağa dəvət edən nazirlik qeyri ənənəvi oriyentasiya ilə bağlı ipuclarını da açıqlayıb.

Belə ki, nazirlik "V" formalı yaxası olan köynək, jaket geyinən oğlan uşaqlarının "mavi" olmaq ehtimalının yüksək olduğunu açıqlayıb. Nazir köməkçisi Mohd Puad Zarkashinot yeni proqram çərçivəsində keçirilən konfransda belə deyib. "Ana atalar diqqətli olun. Əgər sizin oğlunuz V yaxalı, qolsuz, lasi formalı dar şalvar və ya açıq rəngli geyimlərə maraqlıdırsa, formalı bir bədən quruluşuna sahibdirsə homoseksual olmaq ehtimalı var".

Qeyd edək ki, Malayziyada homoseksuallıq qadağandır və "təbiətə zidd" olaraq qəbul edilir.