Hökumətə qarşı aksiyalar başladı - - Video

hokumete-qarsi-aksiyalar-basladi-
Oxunma sayı: 4562



Daha geniş nümayiş İstanbulun Kadıköy rayonunda təşkil olunub. 500-ə yaxın etirazçının yığışdığı aksiyada, hakim partiyanın rayon şöbəsinə yürüş etmək cəhdi olub. Polis etirazçıların bu həmləsinin qarşısını almaq üçün AKP-nin (Ədalət və İnkişaf Partiyası) binasına aparan yolları bağlayıb. Kadıköyə 20 polis avtobusu yeridilib, etirazçıları dağıtmaq üçün gözyaşardıcı qaz və su şırnaqları işə salınıb. Bəzi etirazçılar cavab olaraq polisi daş atəşinə tutub, yaxınlıqdakı bankların şüşələrini qırıb.

Paytaxt Ankarada icazəsiz aksiya keçirən qrup polis müdaxiləsi ilə üzləşib. Kennedi küçəsinə toplanan nümayişçilər, hökümətə qarşı etiraz edərək, yolları bağlayıb. Polisin xəbərdarlığına baxmayaraq, etirazçılar barikadalar quraraq, zibil qalaqlarına od vurub. Daş hücumuna məruz qalan polis qüvvələri aksiyaya təzyiqli su və bibər qazı ilə müdaxilə edib. Müdaxilədən sonra etirazçılar arxa küçələrə dağılışıb.

Sosial şəbəkədə edilən çağırışlardan sonra İzmirdi bir qrup şəxs Gündoğdu meydana toplaşıb. Əllərində siyasi partiyaların bayrağlarını tutan fəallar, Cumhuriyyet meydanı istiqamətində yürüş edib. Kantar polis İdarəsi önündən keçən etirazçılar polis maşının şüşələrini qırınca, çevik polis alayı aksiyaya bibər qazı və su şırnaqları ilə müdaxilə edib. Kipr şəhidləri küçəsinə qaçan etirazçılar bir sıra şüarlar səsləndirdikdən sonra dağılışıb. 

Hökümətə qarşı etiraz aksiyaları eyni zamanda Bursa, Eskişehir və Trabzon şəhərlərində də müşahidə olunub. Habelə həmin aksiyalar kifayət qədrə dinc keçib.