Hökumətin ötən il xərclədiyi pulların - - Hesabatı

hokumetin-oten-il-xerclediyi-pullarin-
Oxunma sayı: 2535


“Qafqazinfo” xəbər verir ki,  2013- ci il büdcəsi gəlirləri 101,8 faiz icra olunub. Bu da rəqəmlə 19.496,329.9 manat təşkil edir.  Büdcənin xərcləri isə 96,4 faiz təşkil edib. Bu da rəqəmlə 19,143,492,0 manat təşkil edir. 2014- cü ilin yanvarın 1-nə olan məlumata görə, dövlət büdcəsinin xəzinəsinin hesabının qalığı 960,408,1 qalıq təşkil edir. 

2013-cü ilin yekunlarına görə ölkə əhalisinin gəlirləri əvvəlki illə müqayisədə 8 faiz arataraq 37,6 milyard manata çatmış, əhalinin hər nəfərinə düşən gəlirlərin həcmi isə orta hesabla 4039,6 manta olub.  Əhalinin hər nəfərinə düşən gəlirlər əvvəlki illə müqayisədə 6,6 faiz artaraq istehlak qiymətləri indeksini 4,2 faiz üstələyib.

2013- cü ildə ölkə üzrə orta aylıq əməkhaqqı 423 manat təşkil edib ki, bu da əvvəlki ilə müqayisdə 6,2 faiz çoxdur. 

2013-cü ildə əsas kapitala yönəldilən vəsaitlər 15,1 faiz artaraq 17,9 mlrd manat olub, onun  66,3 faizi və yaxud 11,9 mlrd manatı tikinti quraşdıran işlərinin yerinə yetirilməsinə sərf edilib. 

Hesabat ilində müdafiə bölməsi üzrə nəzərdə tutulan cari xərclərin icrası 1485, mln manat olub. Bütpövlükdə isə cari və əsaslı xərclər də nəzərə almaqla 2013-cü il dövlət büdcəsindən müdafiə xərclərinə 2841,2 mln manat vəsait yönəldilib.

2013- cü ilin dövlət büdcəsinin 352,8 mln manat məbləğində büdcə artıqlığı olub. Strateji valyuta ehtiyatı 50 milyard dolları keçib.

***

Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən 2103- cü ildə ölkə üzrə xarici ticarət əməliyyatlarının həcmi 34,7 mlrd. ABŞ dolları, o cümlədən idxal əməliyyatları 10,7 mlrd. ABŞ dolları ixrac əməliyyatları isə 24 mlrd ABŞ dolları səviyyəsində olub. 

2103-cü ildə dövlət büdcəsinin gəlirləri 19159 mln manat proqnoza qarşı 19496,3 mln manat və yaxud 101,8 faiz icra olunub ki, bu da 2012-ci ilin icra gösrtəricisinə nisbətən 2214,8 mln manat çoxdur.  ÜDM- də dövlət büdcəsinin həlirlərinin xüsusi çəkisi 33,8 faiz təşkil edib ki, bu da ötən ilin müvafiq göstəricisindən 2,2 faiz çoxdur. 

2013-cü il dövlət büdcəsini  xərcləri 1985, mln manat proqnoza qarşı 19143,5 mln manat  və yaxud 96,4 faiz icra edilib ki, bu da 2012-ci illə müqayisədə 1727, mln manat yaxud 9,9 faiz olub. 

Dövlət büdcəsinin cari xərcləri 9193,3 mln manat, əsaslı xərclər  9222 mln manat, dövlət borclarına xidmətlə bağlı xərclər 728,2 mln manat olub.

Günel