Holdinq prezidenti məhkəmə önündə

holdinq-prezidenti-mehkeme-onunde
Oxunma sayı: 1243

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən iş adamı, “Modern Group”un keçmiş prezidenti Ceyhun Caniyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Ramella Allahverdiyevanın icraatında olan prosesdə hazırlıq iclası keçirilib.

Təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib və cinayət işi məhkəmə baxışına qəbul edilib.

Məhkəmə prosesi mayın 31-də davam etdiriləcək.

Murad Əhməd