Hollandiya qırıcılarını Yaxın Şərqə göndərdi

Hollandiya qırıcılarını Yaxın Şərqə göndərdi
Oxunma sayı: 1384

Hollandiya Hərbi Hava Qüvvələri yenidən Yaxın Şərqdə İŞİD-lə mübarizədə koalisiya qüvvələrinə dəstək üçün F-16 qırıcılarını göndərib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə NAzirliyi məlumat yayıb.

Məlumata əsasən, 4 əsas və 2 ehtiyyat qırıcı İordaniyadakı hərbi bazaya göndərilib. Bundan əvvəl  təyyarələrə xidmət göstərmək üçün 150 hərbiçi yola salınmışdı.

“Baxmayaraq ki, İŞİD-ə məğlub edilib, amma müharibə hələ bitməyib”, deyə MN-nin yaydığı məlumatda qeyd edilib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi