Hollandiya qondarma “erməni soyqırımı”nı rəsmən tanıdı

Hollandiya qondarma “erməni soyqırımı”nı rəsmən tanıdı
Oxunma sayı: 2075

Hollandiya Parlamentində 1915-ci il hadisələrini qondarma “soyqırım” kimi tanıyan qanun layihəsi səsverməyə çıxarılıb.

“Qafqazinfo” Sputnik-ə istinadən xəbər verir ki, səsvermədən öncə xarici işlər nazirinin vəkili Siqrid Kaaq çıxış edərək bu məsələdə BMT və ya beynəlxaq məhkəmələrin qərarı olmadığı üçün hökumətin qanun layihəsinə yaxşı baxmadığını bildirib.

Lakin, bu çıxışa baxmayaraq səsvermə nəticəsində qanun layihəsi qəbul olunub.

Qeyd edək ki, Türkiyə hökuməti dəfələrlə 1915-ci il hadisələrini araşdırmağı təklif edib, hətta bununla əlaqədar müstəqil komissiyanın yaradılmasının tərəfdarı olduğunu bildirib. Lakin Ermənistan hər dəfə arxivlərini açmağa hazır olmadığını bəyan edib.

Xatırladaq ki, 1905-ci il hadisələrini “erməni soyqırımı” kimi tanımaq təklifi koalisiya hökumətinin ortağı olan Xristian Birliyi Partiyası (CU) tərəfindən verilib. Bu təklif digər 3 hökumət partiyası tərəfindən də dəstəklənib. Aprelin 24-də İrəvanda keçiriləcək “soyqırımı anma mərasimi”nə ilk dəfə nazir səviyyəsində təmsilçi göndərilməsi də nəzərdə tutulub.

Türkiyədə 2017-ci il aprelin 16-da keçirilən Konstitusiya referendumu ərəfəsində Hollandiya ilə münasibətlərdə gərginlik yaranıb. Hollandiya hökuməti türkiyəli nazirlərin ölkəyə gələrək yerli türklər arasında təbliğat aparmasına icazə verməyib. Türkiyənin ailə və sosial siyasət naziri Fatma Betül Sayan Kaya Almaniyadan Hollandiyaya keçərək Türkiyə səfirliyinə tərəf hərəkət edərkən polis tərəfindən qarşısı alınıb və o, ölkədən çıxarılıb. Bundan sonra Türkiyə hökuməti Hollandiya səfirinin ölkəyə daxil olmasına icazə verməyib. Fevralın 5-də isə Hollandiya Türkiyədəki səfiri Kornelis Van Riyi geri çağırmışdı.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi