Hollandiya Türkiyədəki səfirini geri çağırdı

Hollandiya Türkiyədəki səfirini geri çağırdı
Oxunma sayı: 798

Hollandiya bir ildir Türkiyəyə girişinə icazə verilməyən Ankara səfiri Kornelis Van Riyi rəsmən geri çağırıb.

“Qafqazinfo” Anadolu agentliyinə istinadən xəbər verir ki, bu barədə Hollandiya Xarici işlər naziri Halbe Ziylstra qərar verib.

O, Türkiyə tərəfindən də səfir göndərilməsini qəbul etməyəcəklərini açıqlayıb.

Xatırladaq ki, ötən il Türkiyədə keçirilən referendum öncəsi Ailə və Sosial Siyasət naziri Fatma Kaya təbliğat-təşviqat kampaniyasında iştirak etmək istərkən Hollandiyada saxlanılmış və məcburi olaraq ölkədən çıxarılmışdı. Bu hadisədən sonra iki ölkə arasında siyasi böhran yaranıb.

Ziylstra iki ölkə arasında problemin həlli üçün danışıqların müsbət yekunlaşmadığını və buna görə prosesin dondurulduğunu bildirib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi