Hollandiya üçün tamam, ya davam?

hollandiya-ucun-tamam-ya-davam
Oxunma sayı: 668

“Qafqazinfo”nun verdiyi məlumata görə, “ölüm qrupu” adlanan B qrupunda 2-ci turun oyunları baş tutacaq.
İlk oyunda Hollandiyanı məğlub edərək hər kəsi təəccübləndirən Danimarka millisi Portuqaliya ilə qarşılaşacaq. Danimarkadan fərqli ilk turda Almaniyaya uduzan portuqallar bu oyunda qələbə qazana bilməsə, qrupdan çıxmaq şansını çətinə salacaq.
Digər qarşılaşma turun mərkəzi görüşü hesab edilir. AÇ-yə uğursuz başlayan Hollandiya turnirin əsas favoritlərindən biri olan Almaniya yığması ilə qarşılaşacaq. “Narıncılar” pley-off iddialarını qorumaq üçün bu görüşdə 3 xal qazanmalıdır.

21:00. Danimarka - Portuqaliya
Baş hakim: Kreya Tomson (Şotlandiya)
Lvov. “Lvov-Arena” stadionu

23:45. Hollandiya - Almaniya
Baş hakim: Yonas Erikson (İsveç)
Xarkov. “Metallist” stadionu

Ceyhun Əhmədov