Hollandiyada keçirilən tədbirdə Azərbaycan haqqında məruzə edildi

hollandiyada-kecirilen-tedbirde-azerbaycan-haqqinda-meruze-edildi
Oxunma sayı: 634

Bu barədə “Qafqazinfo”ya “Wereldregio” qəzetinin əməkdaşı, “On File” jurnalistlər birliyinin üzvü, diaspor fəalı Vüqar Abbasov bildirib.

“Tədbirin rəsmi açılış mərasimində Sxauven- Dəuveland bələdiyyəsinin başçısı cənab Xerard Rabelink Hollandiya Qaçqınlara hüquqi yardım (VWN) idarəsinin sözü gedən bələdiyyəsinin rəhbəri xanım Filomen Op Tof və başqa rəsmi şəxslər, eləcə də çoxlu sayda yerli əhali iştirak edirdi. İlk əvvəl www.leveninveiligheid.nl internet səhifəsinin təqtimatı keçirildi, tədbir iştirakçıları həmin səhifədə öz ürək sözlərini yazdılar. Mən, Hollandiya Qaçqınlara hüquqi yardım idarəsində işlədiyimdən, həmin tədbirin təşkilatçılarından biri idim. Tədbirdə iştirak edən müxtəlif ölkələrdən gələrək Hollandiyada yaşayan hər kəs öz ölkəsi barədə məlumat vermək imkanı qazanmışdı. Hər kəs ölkəsi barədə, istər təbiəti, mədəniyyəti, istərsə də siyasi ab-havası, söz azadlığı və s. barədə məlumatlar verirdi”,-deyə Vüqar Abbasov bildirib.
“Təbirdə Azərbaycanın təbiətindən tutmuş siyasətinə kimi yetərincə və düzgün məlumatları tədbir iştirakçılarının diqqətinə çatdırdım Tədbirdə Azərbaycana daha çox insan maraq göstərirdi. Tədbir 4 saatdan artıq davam etdi”,-deyə V.Abbasov qeyd edib.


Elnur Eltürk