Hollandiyada sürücülərdən kütləvi boykot

hollandiyada-suruculerden-kutlevi-boykot
Oxunma sayı: 913

Hollandiyada ictimai nəqliyyat sürücüləri bir çox şəhərdə eyni gündə kütləvi etirazlara başlayıblar.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, iş şəraitinin yaxşılaşdırılmasını və maaşlarında illik 3,5 faiz artım tələb edən sürücülər bu gün işə çıxmayıblar.

Onlar şərtləri yerinə yetirilməsə boykota davam edəcəklərini açıqlayıblar.

Sürücülərin işə çıxmaması nəticəsində əhalinin daşınmasında problemlər yaranıb.