Hollivud rejissorunun oğlu islamı qəbul etdi

hollivud-rejissorunun-oglu-islami-qebul-etdi
Oxunma sayı: 655

“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, dini ayin İranın İsfəhan şəhərində keçirilib. İslamı qəbul etdikdən sonra Şon Stoun Əli adını daşıyır. Rejissorun oğlu İranda sənədli film çəkmək niyyətindədir.

Reuters agentliyinə müsahibəsində Əli xristian və yəhudi dinlərindən imtina etmədiyini, sadəcə olaraq digər peyğəmbərlər kimi Məhəmmədi qəbul etdiyini bildirib.

İndiyə qədər sənədli filmlər çəkən Əli atasının çəkdiyi filmlərdə epizotik rollar alıb.

Qeyd edək ki, 27 yaşlı Əlinin atası yəhudi, anası sə xristiandır.

Səidə