Hollivud ulduzu onunla nişanlandı - Fotolar

hollivud-ulduzu-onunla-nisanlandi
Oxunma sayı: 3238

Hollivud ulduzu, “Oskar” mükafatçısı Cennifer Lourens nişanlanıb.  “Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, 28 yaşlı aktrisa “Gladstone” incəsənət qalereyasının sahibi Kuk Maroni ilə münasibətlərini rəsmiləşdirmək qərarına gəlib. 

Kino ulduzu qatıldığı TV proqramında nişan barədə yayılan məlumatların doğru olduğunu, tezliklə toyun baş tutacağını bildirib. 

Xatırladaq ki, Cennifer ötən ilin əvvəlində rejissor sevgilisi Darren Aronofskidən ayrılmış, bir neçə ay sonra Maroni ilə tanış olmuşdu.