Hollivud ulduzu Rusiyada qubernator olmaq istəyir

hollivud-ulduzu-rusiyada-qubernator-olmaq-isteyir
Oxunma sayı: 1310

Hollivud ulduzu Stiven Siqal Rusiyada qubernator olmaq istəyir. “Qafqazinfo” xəbər verir ki, bu barədə aktyor Asiya -Sakit okean ölkələri Beynəlxalq Film Festivalında jurnalistlərin suallarını cavablandırarkən deyib. 

O, Primorye ərazisinə rəhbərlik etmək istədiyini qeyd edib:“Zövqlə prezident Vladimir Putinin maraqlarını təmsil edirəm. İndi daha çox qubernator olmaq, həmin ərazi ilə yaxından tanış olmaq istəyirəm”. 

Qeyd edək ki, Hollivud ulduzu bu ilin yayında Rusiya Xarici İşlər Nazirliyinin Rusiya ilə ABŞ arasında humanitar məsələlər üzrə xüsusi nümayəndəsi təyin edilib.

Xatırladaq ki, Siqal 2016-cı il noyabrın 3-dən Rusiya vətəndaşlığını qəbul edib.