Hollivud ulduzu təcavüz etdiyini təsdiqlədi

hollivud-ulduzu-tecavuz-etdiyini-tesdiqledi
Oxunma sayı: 1819

Amerikalı yazıçı Anna Qreyam Xanter  “Oskar” mükafatçısı Dastin Xoffman  barəsində şok bir iddia ortaya atıb. 

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, xanım yazar 17 yaşındaykən aktyor tərəfindən təcavüzə məruz qaldığını bildirib. 

A. Xanter əvvəlcə Xoffmanla eşq yaşadığını, daha sonra ona qarşı zorla seksual hərəkətlər etdiyini söyləyib. 

Qarşı tərəf isə ittihamlar qəbul edib.  80 yaşlı aktyor vaxtı ilə belə bir addım atdığını təsdiqləyib, buna görə Annadan üzr istədiyini qeyd edib.

“Əslində belə biri deyiləm. Ancaq ondan hərəkətimə görə üzr istəyirəm” – deyə Hollivud ulduzu açıqlamasında vurğulayıb.